Rusiyanın desant briqadası darmadağın edildi

Rusiyanın desant briqadası darmadağın edildi Rusiyanın hava-desant qoşunlarının 31-ci desant briqadası xeyli itki verərək geri çəkilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Birinci müdafiə xəttinə keçid zamanı Rusiya ordusu xeyli itki verib. Yaralı rus desantları helikopterlərlə Rostova daşınıb. Rostovdakı xəstəxanalar dolu olduğundan yaralıların bəziləri yük maşınları ilə Novoçerkasska aparılıb. Buradakı xəstəxana da doludur”, - məlumatda qeyd olunub.
Bildirilir ki, geri çəkilən briqadanı əvəzləmək üçün 83-cü desant briqadasının bölmələrinə Donetsk vilayətinin Klişiyevka rayonuna irəliləmək tapşırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər