Bu barədə mərhumun yaxınları məlumat yayıb.
Polkovnikin uzunsürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Rasim İbrahimov uzun illər Azərbaycan Ordusunda xidmət edib. Birinci ordu korpusunun, 2020-ci ildən ehtiyata çıxana qədər isə Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin rəisi işləyib.
R.İbrahimovun adı ordudakı 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin keçmiş rəisi polkovnik Cəlal Kazımov və digərlərinin məhkəməsində hallanıb.
Tehsil-press.az