Regional Təhsil İdarələrinin feysbuk fəallığı - kim daha aktiv, kim “offline”?

Regional Təhsil İdarələrinin feysbuk fəallığı - kim daha aktiv, kim “offline”? Müasir dövrdə sosial media, xüsusilə də feysbuk, ictimai qurumların cəmiyyətlə əlaqə yaratması üçün əsas platformalardan birinə çevrilib. Təhsil sahəsində isə şəffaflığın təmin olunması, ictimaiyyətin məlumatlandırılması və vətəndaşlarla ünsiyyət baxımından bu platformadan düzgün və davamlı istifadə böyük əhəmiyyət kəsb edir.

Regional Təhsil İdarələrinin müdirlərinin feysbuk üzərindən informasiya paylaşımı, cavabvermə fəallığı və ümumi kommunikasiya səviyyəsini təhlil edərək, kimin daha aktiv, kimin qeyri-fəal olduğunu, həmçinin kimin ümumiyyətlə feysbuk hesabının olmadığını müəyyənləşdirib.

Belə ki, feysbukdan aktiv istifadə edənlər siyahısında ilk yerdə Lənkaran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev yer alır.

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili də feysbukda aktivdir.

Daha bir aktiv istifadəçi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovadır.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri olan Sənan Mənsimli də bu sosial şəbəkədən aktiv istifadə edir.

Feysbukun aktiv istifadəçilərindən biri də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşovdur.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da bu sıraya daxildir.

Son olaraq Şərqi Zəngəzur Regional Təshil İdarəsinin müdiri Fuad Bədəlov isə bu sosial şəbəkədən qismən aktiv istifadə edir.

İndi isə feysbuk hesablarının olmasına baxmayaraq "offline" olan regional təhsil idarə müdirlərinə nəzər yetirək.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Dağlıq Şirvan Təhsil İdarəsinin müdiri Ramin Abasov, Mərkəzi-Aran Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Şirvan-Salyan Təhsil İdarəsinin müdiri Rəşad Musayev və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov feysbukun aktiv istifadəçiləri deyil.

Araşdırmamıza əsasən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Nərminə Hüseynovanın feysbuk hesabını tapa bilmədik.

Tehsil-press.az

Oxşar xəbərlər