Bu ailədə nəhəng qonur ayı yaşayır.
Stepan adlı ayı Yuri və Svetlana Panteleenkonun ailəsində peyda olanda o, 3 aylıq idi. Tehsil-press.az Daily Mail-ə istinadən bildirir ki, ayı balasını ovçular meşədə tapmışdılar. Ayı balasının vəziyyəti çox pis olsa da, Yuri və Svetlana onu müalicə etdilər, bəslədilər.
Stepanın indi 23 yaşı var. 140 kiloqram ağırlığı olan yırtıcı sahibləri ilə birlikdə yaşayır. Onlarla birlikdə televizora baxır, hətta ev işlərində Svetlanaya yardım edir, çiçəkləri sulayır.
Stepan dal ayaqları üstündə duranda onun boyu 213 sm olur.
Ayının sevimli təamı tort, şirniyyat və süddür. O, hər gün naharda 25 kq balıq, yumurta və tərəvəz yeyir.
"Stepan futbol fanatıdır. İndiyədək bir dəfə də olsun, aqressiv davranmayıb. Axşam saatlarında bizimlə qucaqlaşıb televizora baxmağı çox sevir", - Yuri Panteleenko deyib. Panteleenkolar ailəsi sirk təlimçiləridir. Stepan isə artıq "kinoulduz"dur. O, Aleksey Uçitelin "Kray" və Pavel Lunqinin "Çar" filmlərinə də çəkilib.
Tehsil-press.az