“Paşinyan könüllü getməlidir, əks halda...” - Şahnazaryan

“Paşinyan könüllü getməlidir, əks halda...” - Şahnazaryan “Vazgen Manukyan Baş nazir postuna yalnız ən uyğun deyil, həm də ən effektiv namizəddir, çünki biz məğlubiyyətin davam etdiyi bir vəziyyətdəyik, itkilər davam edir və bizi yeni böhranların gözlədiyi qaçılmazdır”.
Bu sözləri “News.am”a müsahibəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi David Şahnazaryan deyib.
Onun sözlərinə görə, Ermənistanın dövlətçiliyi və təhlükəsizliyi təhlükə altındadır, bu tənəzzülün qarşısını almaq lazımdır, bunu isə yalnız böhran əleyhinə hökumət edə bilər.
Şahnazaryan qeyd edib ki, Paşinyan öz siyasəti ilə müharibəni qaçılmaz etdi:
“Bu geosiyasi inkişaflarla bağlı bizə böhran əleyhinə hökumət lazımdır, onun proqramları və fəaliyyəti iki prinsip – vətənpərvərlik və praqmatizm əsasında olacaq”.
MTX-nin sabiq rəhbəri hesab edir ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməlidir, ancaq indiki hakimiyyətin dövründə buna yol vermək olmaz. Onun sözlərinə görə, Paşinyan könüllü getməlidir, əks halda təlatümlər yalnız Ermənistan üçün deyil, bütünlükdə region üçün taleyüklü ola bilər.

Tehsil-press.az

Oxşar xəbərlər