Ukrayna daha 44 nəfəri əsirlikdən xilas etdi

Ukrayna daha 44 nəfəri əsirlikdən xilas etdi Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak sosial şəbəkə hesabında məlumat verib.
Bildirilib ki, 44 nəfər rus əsirliyindən xilas edilib. Onlar Mariupolu, Azovstalı, Xerson vilayətini müdafiə ediblər.
Həmçinin, Ukrayna iki mülki vətəndaşını da azad edib.

Tehsil-press.az



Oxşar xəbərlər