Kubada Rusiya-Ukrayna müharibəsinə muzdlu toplayan dəstə ifşa edilib

Kubada Rusiya-Ukrayna müharibəsinə muzdlu toplayan dəstə ifşa edilib Kubada Ukraynadakı müharibədə Rusiya tərəfindən döyüşmək üçün insanları cəlb edən dəstə ifşa edilib.
Kubanın Daxili İşlər Nazirliyi məsələ ilə bağlı 17 nəfərin saxlanıldığını açıqlayıb. Onlar arasında cinayətkar dəstənin rəhbəri də var.
Saxlanılan şəxslər insan alveri, muzdluların cəlb edilməsi və xarici dövlətə qarşı düşmənçilik hərəkətləri etməkdə ittiham olunurlar və onları 30 ilə qədər həbs cəzası gözləyə bilər.

Tehsil-press.az



Oxşar xəbərlər