"FINCA Azerbaijan"ın İcraçı Direktoru vəzifəsindən ayrılır

"FINCA Azerbaijan" MMC Bank olmayan kredit təşkilatlatının (BOKT) İcraçı Direktoru Timoti Tarrant CEO vəzifəsindən ayrılır.

Onun yerinə yeni direktorun təyinatı gözlənilir.

Qeyd edək ki, o, 2013-cü ildən"FINCA Azerbaijan"ın direktoru vəzifəsini icra edib. Bu müddətə qədər isə o, "FINCA"nın 3 fərqli ölkə üzrə ölkə direktoru, həmçinin sözügedən maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və audit komitəsinin üzvü olub.

Tehsil-press.az

Oxşar xəbərlər