“WorldSkills Azerbaijan” komandası Koreyada keçirilən təlimləri uğurla başa vurub

“WorldSkills Azerbaijan” komandası Koreyada keçirilən təlimləri uğurla başa vurub “K-Star Partnership Program for Skills Development” proqramı çərçivəsində “WorldSkills Azerbaijan” milli komandası İnsan Resurslarının İnkişafı Xidməti (HRDKorea) tərəfindən keçirilən təlimləri uğurla başa vurub.
Təlimlərin məqsədi 3D rəqəmsal oyun sənəti, veb-texnologiyaları, qaynaqçı və bərbər ixtisasları üzrə milli komanda üzvlərini “WorldSkills Lyon 2024” beynəlxalq yarışlarına hazırlamaqdır.
Təlim zamanı “WorldSkills Korea” yarışının çempionları “WorldSkills Azerbaijan” milli komandasının iştirakçıları ilə görüşərək beynəlxalq yarışda uğurlu olmağın sirlərini bölüşüblər. Daha sonra onlar birgə fərqli tapşırıqlar üzrə işləyərək təcrübə və bilik mübadiləsi aparıblar.
Qeyd edək ki, təlimin sonunda bağlanış mərasimi baş tutub. “WorldSkills Azerbaijan” milli komandasının üzvləri “WorldSkills Korea”nın icraçı direktoru tərəfindən sertifikatlarla təltif olunub. “WorldSkills Azerbaijan”ın sədri Zarina Təhməzova çıxış edərək İnsan Resurslarının İnkişafı Xidmətinə (HRDKorea) “WorldSkills Azerbaijan”a göstərdiyi dəstəyə görə təşəkkür edib.
“WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ildə Azərbaycanın “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbulu ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər