Tələbələr “FINCA Azerbaijan”da təcrübə keçdi

Tələbələr “FINCA Azerbaijan”da təcrübə keçdi Tələbələr “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatında təşkil olunan yay təcrübə proqramında iştirak edib. “FINCA Azerbaijan”dan Tehsil-press.az-a verilən məlumata görə, müxtəlif universitetlərdən olan 5 nəfər tələbə Təşkilatın baş ofisində 1 ay müddətinə təcrübə keçərək şirkətin real iş mühiti ilə yaxından tanış olmuş və bir sıra yeni vərdişlərə yiyələnmişdir.

Yay təcrübə proqramının yekunu olaraq tələbələrə tövsiyə məktubları təqdim olunub. “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant təqdimat mərasimində iştirak edərək tələbələrə bu proqrama qoşulduqları üçün təşəkkür etmiş və onlara gələcək işlərində uğurlar arzulamışdır.
“FINCA-dakı yay təcrübə proqramı mənim üçün çox faydalı oldu. İlk öncə səmimi mühit, əməkdaşların öz təcrübəsini paylaşmaq həvəsi mənim çox xoşuma gəldi. Nəzəriyyədə öyrəndiyim bir çox şeyləri praktikada görə bildim və bəzi vərdişlərə yiyələndim”, -deyə Təşkilatın Marketinq departamentində təcrübə keçmiş Eltac Həsənova bildirib.
Yay təcrübə proqramı Mərkəzi Bankın “Maliyyə Savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı layihəsi çərçivəsində təşkil olunub. Bu layihədə bir sıra bank-maliyyə qurumları iştirak edir. Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər təşkil olunur və layihənin iştirakçısı olan maliyyə qurumlarına tədris səfərləri həyata keçirilir. Təlimlərin sonunda keçirilən test imtahanında uğurlu nəticə nümayiş etdirən tələbələr 1 aylıq təcrübə proqramına cəlb olunur.


Tehsil-press.az

Oxşar xəbərlər