“Qadan alım, niyə ağlayırsan?”

“Qadan alım, niyə ağlayırsan?” “Seymur Talıbov atasının istefası səsə qoyulanda ağlayıb. Qadan alım, niyə ağlayırsan? 27 il balaca ömür deyil axı. Bütün bu illər ərzində kef eləmisiniz, bəs deyil?”.
Bunu yazıçı Kəramət Böyükçöl bildirib.
“Balaca uşaq idim. Atam yağışlı günlərdə dərs dediyi məktəbdən evimizə gələndə yaş corablarını çıxarıb pletkanın altında qurudurdu. Ayaqqabısı su keçirirdi. Müəllim maaşı ağzımızın çörəyini güclə çatdırırdı deyə özünə təzə ayaqqabı ala bilmirdi. Belə əzab-əziyyətlə üç övlad böyüdüb. Şükür, sənin atan əziyyət çəkməyib. Bəs niyə gözlərin dolub?”, - yazıçı qeyd edib.

“Qadan alım, niyə ağlayırsan?”

Tehsil-press.az

Oxşar xəbərlər