Fərqanə Qasımovanın qızı nişanlanır

Fərqanə Qasımovanın qızı nişanlanır Əməkdar artist Fərqanə Qasımovanın evində xeyir iş olacaq.

Xanəndənin qızı Mövlanə ailə həyatı qurmağa hazırlaşır. Onun nişan mərasimi yanvarın 26-da şəhər restoranlarından birində olacaq.

Qeyd edək ki, F.Qasımovanın 4 övladı var. Onun böyük qızı Fatimə Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurub. İfaçının digər övladları isə üçəmdir. F.Qasımova Xalq artisti Alim Qasımovun qızıdır.

Tehsil-press.az

Oxşar xəbərlər