BDU-nun Elmi Kitabxanasına beynəlxalq miqyasda tanınmış dərsliklər təqdim edilib

BDU-nun Elmi Kitabxanasına beynəlxalq miqyasda tanınmış dərsliklər təqdim edilib BP şirkəti 2019-cu ildən bəri dəstəklədiyi sosial layihələr çərçivəsində tərcümə və çap etdiyi beynəlxalq miqyasda tanınmış daha 4 adda dərslikdən 750 nüsxə Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına hədiyyə edib.
Universitetin professor-müəllim heyəti və tələbələri dünyanın ən yaxşı akademik nəşrlərindən olan H.Lyun, B.L.Berq “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları”, K.Armstrong “Marketinqin əsasları”, F.S.Mişkin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı”, C.Vivian “Kütləvi kommunikasiya mediası” adlı kitablardan ana dilimizdə istifadə imkanı qazanıb.
Qeyd edək ki, şirkət daha öncə ingilis dilindən Azərbaycan dilinə tərcümə və çap etdiyi beynəlxalq iqtisadiyyat, makro və mikroiqtisadiyyat, menecmentin əsasları, bank işi və maliyyə bazarları, tədarük-təchizatın idarə edilməsi, insan resurslarının idarə olunması, media və kütləvi kommunikasiyalar, marketinqin prinsipləri, sosial işlərdə etik dəyərlər kimi mövzuları əhatə edən və müvafiq sahələr üzrə kadr hazırlığında əvəzsiz mənbə olan 9 adda akademik nəşri də BDU-nun Elmi Kitabxanasına təqdim edib. Dərsliklər oxuculara beynəlxalq təcrübə ilə tanış olmağa, müasir iqtisadi inkişaf meyillərini öyrənməyə geniş imkan yaradır.

Tehsil-press.az


Oxşar xəbərlər