Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasına 9 adda 1095 nüsxə kitab hədiyyə edib.
Kitablarda qaçqın statusunun müəyyənləşdirilməsi üçün prosedurlara və meyarlara dair təlimat və rəhbər prinsiplər, vətəndaşsızlıq hallarının azaldılması haqqında konvensiyalar, məcburi köçkünlərin himayəsi üzrə təlimatlar, qaçqınların statusuna dair konvensiya və protokollar, BMT-nin uşaq hüquqları üzrə konvensiyaları və digər beynəlxalq sənədlər barədə geniş məlumat verilir.
Kitablar universitetin Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Sosial elmlər və psixologiya, Tarix fakültələrinin professor-müəllim heyəti və tələbələri üçün qiymətli mənbədir.
Tehsil-press.az