“Multikulturalizm ili” çərçivəsində “Yaponiya günü” keçirilib

“Multikulturalizm ili” çərçivəsində “Yaponiya günü” keçirilib 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində təşkil olunmuş tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katıbi Ko Obata, Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, müəllimlər və dərnək üzvləri iştirak ediblər.
Yaponiyanın Azərbaycandakı səfirliyinin birinci katıbi Ko Obata öz ölkəsinin təbiəti, mədəniyyəti, incəsənəti, təhsil sistemi, adət-ənənəsi, dili, mətbəxi, haqqında ətraflı məlumat verib. Ko Obata uşaqlara yapon dilində “salam” və “təşəkkür edirəm” sözlərini, bəzi yapon heroqliflərinin açmasını öyrədib.
Qeyd olunub ki, əsrlər boyu Azərbaycan müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb. Ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparılır. Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliği məqsədilə 2016-cı il “Multikulturalizm ili” elan edilib.
Tədbirdə Yaponiyada keçirilən 23-cü Beynəlxalq Rəsm Müsabiqəsində qalib gələn 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi "Günəş" art studiyasının üzvü Aytac Quliyeva və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvü Aişə Maarifova diplomla təltif olunublar.
Sonra Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi rəqs qrupunun çıxışı izlənilib.


Tehsil-press.az

Oxşar xəbərlər