3-4 may 2016-cı il tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin 89-cu sessiyasında ölkəmiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Sessiya çərçivəsində irqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının yeddinci, səkkizinci və doqquzuncu dövri məruzəsinə baxılıb.
Xarici işlər nazirinin müavini X.Xələfov açılış nitqi ilə dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı irqi ayrı-seçkiliyin ləğv edilməsinin milli qanunvericilikdə təsbit edilməsi, Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.
X.Xələfov həmçinin, ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da inkişafı məqsədilə Azərbaycanın həm milli, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Nazir müavini Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliği məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını qeyd edib.
Sessiya çərçivəsində interaktiv dialoq zamanı komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi ilə əməkdaşlığını, konvensiyanın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də irimiqyaslı beynəlxalq idman və mədəni tədbirlərə ev sahibliyi edərək irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir ediblər.
Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar iclas zamanı Azərbaycan nümayəndə heyətinə Komitə üzvləri tərəfindən təhsil sahəsi ilə bağlı təqdim edilən sualları nazir müavini Firudin Qurbanov cavablandırıb.
Bundan əlavə, F.Qurbanov qaçqın və məcburi köçkünlərin təhsil vəziyyəti, təhsil sistemində qadınların təmsil olunması və digər müvafiq məsələlərlə bağlı sullara ətraflı cavab verib.
Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında təhsil sahəsində irqi ayrı-seçkiliyin qarşısının alınması üzrə görülən işlər, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət, bununla bağlı mövcud qanunvericiliyin, Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının Təhsil haqqında Qanunun müvafiq maddələrində hər bir vətəndaşın təhsil almaq, ana dilindən istifadə etmək hüquqların təsbit olunması, ümumi təhsil sahəsində milli (etnik) azlıqların məktəblərinin fəaliyyət göstərməsi, onların tədris vasitələrinin hazırlanması ilə bağlı ətraflı məlumat verib.
Nazir müavini həmçinin, Azərbaycanın talerantlıq və multikulturalizm məkanı olduğunu, “Multikulturalizim ili” çərçivəsində təsdiq olunmuş tədbirlər planına əsasən, ölkə məktəbliləri arasında multikulturalizm mövzusunda rəsm müsabiqəsinin keçirilməsi, orta ümumi təhsil və orta ixtisas təhsili müəssisələrində mədəniyyətlərarası kommunikasiya bacarıqları və bilgilərinə həsr olunmuş seminarların və “Azərbaycan multikulturalizmi” mövzusunda kütləvi mühazirələrin təşkili, məktəblilər arasında intellektual oyun üzrə regional çempionatın keçirilməsi haqqında fikirlərini bildirib.
Tehsil-press.az