Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllimlərə arzularım" mövzusunda müsabiqəyə start verilib.
“Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et!” devizi ilə keçirilən müsabiqə ilk təcrübə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 165 nömrəli tam orta məktəbin şagirdləri arasında təşkil olunub.
Müsabiqənin keçirilməsinin əsas məqsədi 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin ifadə formalarını təkmilləşdirmək, məktəblilərin müəllimlərə olan arzularının foto, rəsm, inşa, esse, açıqca, məktub və digər müvafiq formalarda çatdırılmasını təmin etməkdir.
Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər.
Müsabiqənin nəticələri oktyabrın 5-də açıqlanacaq və qaliblər mükafatlandırılacaqlar.
Təhsil-press.az