Dəhşətli zəlzələ:sunami xəbərdarlığı- Bu ölkədə...
Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.
Yeraltı təkanların episentri Morobe əyalətinin mərkəzi olan Lae şəhərindən 26 kilometr qərb-cənub-qərbdə yerləşib. Zəlzələnin təxminən 100 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Hazırda dağıntılar və mümkün tələfatla bağlı rəsmi məlumat verilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti izləyir və əhaliyə ehtiyatlı olmaq tövsiyə olunur.
Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okean “Alov halqası” adlandırılan və seysmik fəallığın yüksək olduğu bölgədə yerləşir. Bu ərazi dünyada ən çox zəlzələlərin və vulkan püskürmələrinin baş verdiyi yerlərdən biridir.
Tehsil-press.az
- Baxış: 114
Xəbərin tarixi: 07.10.2025 / 20:52
-
Oxşar xəbərlər
Bu ölkədə güclü zəlzələ oldu
Filippinin cənubunda güclü zəlzələ baş verib
Yaponiyada güclü zəlzələ baş verib, sunami təhlükəsi elan edilib
Ekvadorda güclü zəlzələ baş verib
Yamayka, Kuba və Kayman adaları üçün sunami təhlükəsi elan edilib
Türkiyədə güclü zəlzələ baş verib
5,8 bal gücündə zəlzələ olub
Yaponiyada 5,2 bal gücündə zəlzələ olub
Papua-Yeni Qvineyada güclü zəlzələ - Ardınca sunami gəlir?
5,6 bal gücündə zəlzələ olub
7,4 bal gücündə zəlzələ olub
3,9 bal gücündə zəlzələ olub
5,4 bal gücündə zəlzələ olub
4,8 bal gücündə zəlzələ baş verib
Papua Yeni-Qvineyada 6,7 bal gücündə zəlzələ baş verib