Yayılan məlumatların həqiqətə uyğun olub-olmadığını araşdırıb.
Qarabağ Regional Təhsil idarəsindən verilən məlumata görə, idarə müdiri Sənan Məhsimli hazırda öz fəaliyyətini davam etdirir və vəzifəsinin başındadır. Qurumdan bildirilib ki, onun işdən çıxarılması və ya daha yüksək vəzifəyə təyinatı ilə bağlı yayılan xəbərlər əsassızdır.
Qeyd edək ki, ötən gün Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektorunun müdiri Qurban Məmmədov vəzifəsindən azad edilib. O, idarə rəisi Sənan Məhsimlinin əmri ilə Qarabağ Regional Təhsil İdarəsində inzibati işlər üzrə sektor müdiri vəzifəsinə təyin olunub.

Tehsil-press.az