Azərbaycanın cəhənnəm SİLAHI: İki zərbəyə erməni generallarının "kəlləsi getdi"

Azərbaycanın cəhənnəm SİLAHI: İki zərbəyə erməni generallarının Ermənistan prezidenti Serj Sərkisyanın ötən gün aprelin 26-da Müdafiə Nazirliyinin rəhbərliyində cəza tədbirləri həyata keçirməsinin və üç generalı işdən qovmasının səbəbi məlum olub.

Tehsil-press.az xəbər verir ki, “Kommersant” qəzetinə məlumat verən mənbə Müdafiə Nazirliyinin rabitə Xidmətinin rəisi, general Komitas Muradyanın və Baş qərargahın kəşfiyyat idarəsinin rəisi, general Arşak Karapetyanın işdən azad edilməsinin səbəbi Azərbaycan silahlı qüvvələrinin aprelin əvvəllərindəki 4 günlük müharibə zamanı TOS-1A “Solntspyok” ağır odsaçan sistemindən erməni qüvvələrinin Cəbrayıl rayonu ərazisindəki qərargahına endirdiyi zərbədir. Həmin zərbə zamanı erməni ordusunun generalları və polkovnikləri, o cümlədən xeyli əsgəri məhv edilib. Lakin düşmən tərəf bu günə qədər həmin itkiləri gizlədir.
Qəzetin yazdığına görə general Arşak Karapetyan işdən ona görə qovulub ki, Ermənistan rəhbərliyini Azərbaycan ordusunun təmas xəttinə TOS-1A “Solntsepyok” odsaçan sistemini yeritdiyi haqda vaxtında xəbərdar edə bilməyib. “Bu silahın tətbiqi nəticəsində erməni hərbçiləri ciddi itkilər veriblər”-mənbə bildirib.
Habelə odsaçan zərbəsi nəticəsində xeyli hərbçi ağır yanıq xəsarətləri alıb. Lakin məlum olub ki, Dağlıq Qarabağın xəstəxanalarında yanıq əleyhinə dərman vasitələri yoxdur. “Kommersant” yazır ki, nəticədə yanıq əleyhinə dərman vasitələrini təcili qaydada Moskvadan xüsusi təyyarə ilə gətirmək lazım gəlib. Müdafiə nazirinin müavini, general Alik Mirzəbekyanın isə “ordunun təchizatında yol verilmiş səhvlərə görə” işdən çıxarıldığı bildirilir.
Rabitə xidmətinin rəisi, general Muradyanın isə aprelin əvvəllərində gedən döyüşlər zamanı “rabitə qoşunlarında yaranmış problemlərə” görə qovulduğu məlum olub.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videokadrlara əsasən ermənilərin Cəbrayıldakı qərargahına cəmi iki odsaçan raket zərbəsi endirilib. Tehsil-press.az hərbi qaynaqlardan dəqiqləşdirib ki, həqiqətən zərbələrin sayı iki olub. TOS-1A “Solntspyok” düşmən qərargahını vurduqdan sonra atəş nöqtəsini tərk edib.

tehsil-press.az

Oxşar xəbərlər