
Ermənistan mətbuatının yaydığı məlumata görə müxalifət 20 dəqiqəlik fasilə istəyib, bunu bəyanatın mətninə bir neçə təklif vermək istəyi ilə əsaslandırıb və fasilədə bütün tərkibi ilə parlamentdən çıxıb.
Bəs Ermənistan parlamentinin Azərbaycanla sülh bəyanatı bölgədə yeni mərhələ açırmı? Müxalifət niyə bəyanat müzakirəsini tərk etdi? Bu addım Ermənistanda siyasi parçalanmanı daha da dərinləşdirəcəkmi?
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə danışıb:
"Azərbaycan və Ermənistan liderləri növbəti dəfə Kopenhagendə ASB sammitində görüşür. Görüş müsbət atmosferdə keçib. Görüşdə ikitərəfli əlaqələrin normallaşması istiqamətində atılacaq addımlar, həmçinin Zəngəzur dəhlizinin açılması və Konustitusiya referendumundan sonra Yekun sülh müqaviləsi müzakirə edilməsi mümkündür. Həmçinin Anklav kəndlərlə bağlı razılaşma əldə edilib. Bu, Ermənistanda keçiriləcək seçkilərdən sonra, proses başlayacaq.
Qeyd edim ki, görüşüb müsbət istiqamətdə getməsi fonunda Ermənistan parlamenti Azərbaycanla Sülh barədə bəyanat verib. Bu bəyanat müsbət və ikitərəfli əlaqələrin normallaşması istiqamətində mühüm bir prosesdir.
Bundan əlavə, parlamentdə hakim partiya seçki öncəsi bu kimi bəyanat verməklə, siyasi sistemi çalxaladı. Azərbaycanla sülh bəyanatına Robert Koçaryan və Serj Sarkisyan partiyası qoşulmayıb və zaldan çıxıb. Bununla Paşinyan müxalifətin sülhün əleyhinə olduğunu və müharibəyə üstünlük verdiyini açıq şəkildə xalqa göstərdi.
Müxalifət Ermənistanda müharibə partiyası kimi təqdim olunacaq. Bununla da Nikol Paşinyan müxalifətin qutusuna "mismarını vurmuş" oldu".
Tehsil-press.az