Quba rayonunda 25 yaşlı ana doğuşdan sonra ölüb

Quba rayonunda 25 yaşlı ana doğuşdan sonra ölüb Quba rayonunda doğuşdan sonra ölüm hadisəsi baş verib.

Rustov kənd sakini, 1991-ci il təvəllüdlü Aygün Kərimova doğuşdan sonra baş verən qanaxma nəticəsində dünyasını dəyişib. Aparılan tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi uşaq sağ qalıb. Ana ölümünün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Quba rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər