Azərbaycanda 2 yaşlı uşaq faciəli şəkildə öldü

Azərbaycanda 2 yaşlı uşaq faciəli şəkildə öldü Onun meyiti su arxından tapılıb və ailəsinə təhvil verilib.

Daşkəsən rayonunda azyaşlı ehtiyatsızlığın qurbanı olub. Hadisə rayonun Zəylik kəndində qeydə alınıb. Rayonun Polis İdarəsindən tehsil-press.az-a verilən məlumata görə, 2014-cü ildə Göygöl rayonunda anadan olmuş Kamal Famil oğlu Əkbərli evdə olan valideynlərinin diqqətindən yayınaraq evlərindən 70 metr aralıda yerləşən su arxının yanına gələrək arxa düşüb.
Azyaşlının evdə olmadığını görən valideynlər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Aparılan axtarışlar nəticəsində 2 yaşlı uşağın meyiti su arxından tapılıb və ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bənzər hadisə bir müddət əvvəl Şəmkir rayonunda da yaşanıb. Rayonun Abbaslı kənd sakini 2008-ci il təvəllüdlü Mələk Qurbanlı məktəbdən çıxıb evə qayıdarkən kənd ərazisindəki su kanalına düşərək boğulub. Qızlarının evə gəlmədiyini görən ailə dərhal polisə müraciət edib. Aparılan axtarışlar nəticəsində meyit sudan çıxarılıb və ailəsinə təhvil verilib.


Tehsil-press.az

Oxşar xəbərlər