Şagirdlər BDU-nun Heydər Əliyev Muzeyi, Faydalı qazıntılar muzeyi, Genetika və təkamül muzeyində olublar. Həmçinin Universitetin unikal layihəsi olan “EKO Məkan”ı ziyarət ediblər.
Şagirdlərə son illər BDU-nun beynəlxalq reytinqlərdə əldə etdiyi yerlər, tələbələrin “TEKNOFEST” və “Robotex” kimi elm-texnologiya yarışlarındakı nailiyyətləri, Universitetdə açılan yeni ixtisaslar və tədris metodları haqqında da məlumat verilib.
Tehsil-press.az





