“Zəfər turu” “Neftçi”yə düşərli olmadı

“Zəfər turu” “Neftçi”yə düşərli olmadı Misli Premyer Liqasının XI turu “Zəfər Bayramı”na təsadüf etdiyindən Peşəkar Futbol Liqası da bayram əhval-ruhiyyəsi yaratmış, şəhidlərimizin ruhunu uca tutmaq üçün əlindən gələni etmişdi. Qeyd edək ki, PFL komandası öz istəyinə artıqlaması ilə çatdı. Turun oyunlarına gəlincə isə “Qaranağ” “Neftçi”ni məğlub etməklə liderliyə yüksəldi. Zirvə yarışındakı əsas rəqib “Turan Tovuz”un “Zirə” ilə oyunda xal itirməsi lider dəyişkliyində həlledici məqam oldu.

"Şamaxı" – "İmişli" 1:0

Qol: Karim Rossi, 79.

“Şamaxı”: 1. Rikardu Fernandeş, 17. Rafael Məhərrəmli (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos.

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara.

Baş məşqçi: Ayxan Abbasov.

“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.

Baş məşqçi: Jorje Kaşkilya.

Turun açılış oyununda sevinən tərəf “Şamaxı” oldu. Ayxan Abbasovun komandası doğma meydanda “İmişli”ni minimal hesabla üstələdi. O qədər də parlaq keçməyən oyunda meydan sahiblərini Rossi sevindirdi. Onun 79-cu dəqiqədə “çərçivə”yə ünvanladığı zərbə tora daxil oldu. VAR-la müzakirədən sonra Rauf Cabbarov qolun qaydalar çərçivəsində vurulduğunu bildirdi. Qoldan sonra bir qədər fəallaşan qonaqlar çox çalışsalar da, “Şamaxı”ya cavab vermək mümkün olmadı. Belədə “Şamaxı” xeyli vacib olan 3 xal qazandı.

Xalını 13-ə yüksəldən “Şamaxı” 8-ci pillədə qərarlaşıb. 1 xal az toplayan “İmişli” isə “Şamaxı”dan elə bir pillə də geri qalır.

"Qəbələ" – "Sumqayıt" 0:2

Qollar: Rüstəm Əhmədzadə, 54. Aleksandr Ramalinqom, 81.

“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 70. Paulo Quimbila.
Baş məşqçi: Kaxaber Tsxadadze.

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 66. Ruslan Əliyev, 71. Masaki Murata, 95. Nsana Simon.

Baş məşqçi: Saşa İliç.

Bu tur “Sumqayıt” da vacib qələbə qazandı. “Gənclik şəhəri”nin təmsilçisi Qəbələ səfərindən 3 xalla dönməklə turnir cədvəlinin ilk pillələrinə doğru da addım atmağı bacardı. İlk hissəsi qolsuz yekunlaşan görüşün taleyi fasilədən sonra həll olundu. Əllə oyuna görə “Qəbələ”nin qapısına təyin olunmuş penaltini Aleksandr Ramalinqom yerinə yetirsə də, Səlahət Ağayev onun zərbəsini qaytardı. Amma bu anda səhnəyə çıxan Rüstəm Əhmədzadə topu tora qovuşdura bildi. Ramalinqom isə 81-ci dəqiqədə oyuna son nöqtəni qoydu. Müdafiədəki çaşqınlıqdan istifadə edən hücumçu komandasının iki top üstünlüyünü təmin etdi. Görüşdə başqa qol olmayınca “Sumqayıt” səfərdən 2:0 hesablı qələbəylə döndü.

20-ci xalını aktivinə yazan “Sumqayıt” ardıq 4-cü pilləyə yüksəlib. “Qəbələ” isə çətin günlərdən keçir. Tsxadadzenin çalışdırdığı komanda 5 xalla 10-cu yerdədir.

“Araz-Naxçıvan” – “Karvan-Yevlax” 2:1

Qollar: Hamidu Keyta, 66. Felipe Santos, 90+2 - Araz Abdullayev, 17.

"Araz-Naxçıvan": 94. Tərlan Əhmədli, 2. Qara Qarayev (k), 26. Ömər Buludov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli, 19. Bar Kohen.

Ehtiyat oyunçular: 12. Kristian Avram, 76. Süleyman Həsənov, 34. Ürfan Abbasov, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta.

Baş məşqçi: Elmar Baxşıyev.

"Karvan-Yevlax": 1. Kamran İbrahimov, 7. Araz Abdullayev (k), 32. Elvin Yunuszadə, 6. Vadim Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 2. Şakil Sno, 11. Kayl Spens, 19. Tompson Qavi, 10. Samuel Durrant, 21. İmani Barker.

Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 12. Vitor Roşa, 37. Mois Nqvisani, 8. Peter Kinqs, 4. Olavale Doyeni.

Baş məşqçi: Azər Həşimov.

“Araz Naxçıvan” “Karvan-Yevlax”la oyunda əzmkar qələbə qazanmağı bacardı. Ötən tur Sumqayıtdan xalsız dönən Muxtar Respublika təmsilçi üçün ardıcıl iki oyunda xal itkisi arzuolunmaz idi. Məhz bu məqam Araz Abdullayevin 17-ci dəqiqədə vurduğu qoldan sonra nominal meydan sahiblərinin təzyiqi artırmasına səbəb oldu. İlk hissəni öndə başa vuran Yevlax təmsilçisi fasilədən sonra iki dəfə mərkəzə dəvət olundu. Keyta 66-cı dəqiqədə hesabı bərabərləşdirdisə, Santos əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə penaltidən fərqləndi.
2:1 hesabıyla əzmkar qələbə qazanan “Araz Naxçıvan” 19 xalla 6-cı pilləylə kifayətlənməli olub. Autsayder adıyla barışmalı olan “Karvan-Yevlax” isə 5 xalla yalnız “Kəpəz”i üstələyir.

“Zirə” – “Turan Tovuz” 0:0

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 4. Ruan Renato, 25. Enrike Kustodio, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 28. Leroy Mikels, 20. İssa Cibrila, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov.

“Turan-Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. Vadji İbrahima.

Baş məşqçi: Kurban Berdiyev.

Aşkar favoritin olmadığı “Zirə” – “Turan Tovuz” görüşündə qapılara qol vurulmadı. Qolsuz heç-heçənin kimə sərf etdiyini, kimin qazanıb, kimin itirdiyini demək çətindir. Amma bir məqam var ki, “Turan Tovuz” uzun müddət azlıqda oynadı. Bu baxımdan qərb təmsilçisi üçün səfərdən bir xalla dönməyi uğur saymaq olar. Hər halda “Zirə” də liderlər qrupunda yer alan komandadır və mükafatlar uğrunda mübarizə aparır. Deməli, bir xalı hər iki tərəf üçün məqbul saya bilərik.
Bu bərabərlikdən sonra ikinci pilləyə geriləyən “Turan Tovuz”un aktivində 22 xal var. 20 xallı “Zirə” isə beşincidir.

"Kəpəz" – "Sabah" 1:3

Qol: Olavale Onanuqa, 45+5 - Velko Simiç, 22. Coy Lens Mikels, 28. İqor Noqeyra, 54.

“Kəpəz”: 1. Kaçper Rosa, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 9. Luis Paçu, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu, 6. Pedro Qomeş.

Ehtiyat oyunçular: 81. Elgün Bayramov, 99. Əli Səmədov, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 55. Kresus Donqo.

Baş məşqçi: Azər Bağırov.

“Sabah”: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 3. Stiv Solvet, 70. Cesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 33. Umarali Raxmonaliyev, 19. Aron Maluda.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 46. Aleksey İsayev, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 11. Kahim Parris, 53. Andrey Santos.

Baş məşqçi: Valdas Dambrauskas.

“Kəpəz”in işləri qaydasında getmir. Heyətdəki problemlər Azər Bağırovu da çarəsiz qoyub. Böyük ümidlərlə “Kəpəz”ə qayıdan gənc mütəxəssis “Şamaxı” ilə oyunda üzləri güldürsə də, o qarşılaşmadan sonra məğlubiyyətlər sıralanır. Özü də Gəncə təmsilçisi qapısından çox top buraxır. Bu dəfə “Sabah” “Kəpəz” qarşısında çətinlik çəkmədən qələbə qazandı. Özü də görüşün taleyi birinci hissədə həll olundu. Simiçlə Mikelsin 6 dəqiqə aralığında vurduğu qollar sayəsində “Sabah” fasiləyə üstün yollandı. Fasilədən sonra da hesabı qorumaq çətin olmadı. Tərəflər hərəyə bir dəfə fərqləndi ki, bu da “Sabah”ın qələbəsini əngəlləmədi.

“Sabah” 21 xalla 3-cü pilləni tutur. Komandanın “Qarabağ”la qarşılaşmasının təxirə salındığını da xatırladaq. “Zirzəmi”yə lövbər salan “Kəpəz”in 3 xalı var.

"Qarabağ" – "Neftçi" 2:0

Qol: Toral Bayramov, 50-pen. Kamilo Duran, 84.

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev,27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.

Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 21. Aleksey Kaşuk, 17. Kamilo Duran.

Baş məşqçi: Qurban Qurbanov.

“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 45. Vensan Abubakar, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 18. İfeanyi Metyu, 11. İmad Faraj, 10. Freddi Varqas.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 27. Kristian Kostin, 22. Luis Ortis, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.

Baş məşqçi: Samir Abasov.

“Qarabağ” “Çelsi” ilə görüşdəki əhval-ruhiyyəni həftəsonu da pozmadı. Qurban Qurbanovun əksər aparıcı futbolçulara istirahət verdiyi oyunda “Qarabağ” “Neftçi”ni həm oyun səviyyəsinə, həm də hesaba görə üstələdi. Düzdür, qonaqlar “Azərsun Arena”da fasiləyə qolsuz bərabərliklə yollandılar. Amma hələ ilk 45 dəqiqədə “Qarabağ” meydana ağırlığını qoymağı bacarmışdı. Hiss olunurdu ki, hesab gec-tez açılacaq, özü də “köhlən atlar”ın xeyrinə. Gözlənilənm qol 50-ci dəqiqədə vuruldu. Toral Bayramov penaltini dəqiq yerinə yetirdi. 84-cü dəqiqədə Duran “Qarabağ”ın üstünlüyünü artırdı və görüş Qurban Qurbanovun komandasının 2:0 üstünlüyü ilə yekunlaşdı.

Lider “Qarabağ”ın 23 xalı və ehtiyatda bir oyunu var. “Neftçi” 7-ci pilləni 15 xalla tutur.

Tehsil-press.az

Oxşar xəbərlər