Millimiz son dəqiqə qolu ilə qələbə qazandı - Video

Millimiz son dəqiqə qolu ilə qələbə qazandı - Video Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.
Canni De Byazinin rəhbərlik etdiyi kollektiv səfərdə Belarusla qarşılaşıb.
Minskdəki “Dinamo” stadionunda keçirilən oyunda ilk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə meydan sahibləri hesabı açsa da, millimiz matçda geridönüş edə bilib. Bədavi Hüseynov və Ramil Şeydayevin vurduğu qollar yığmamıza 2:1 hesablı qələbə qazandırıb.
Azərbaycan millisi bundan əvvəlki yoxlama oyununda Türkiyəyə 1:2 hesabıyla uduzub.
Yoxlama oyunu
2 iyun
20:00. Belarus – Azərbaycan - 1:2

Qol: M.Skaviş, 56 - Bədavi Hüseynov, 73, Ramil Şeydayev, 90+1
Minsk. “Dinamo” stadionu.
Belarus: 12. Pavlyuçenko, 2. Peçenin. 3. Şvetsov, 4. Volodko, 5. Bıkov, 6. Xadarkeviç, 9. Ebonq (k), 11. Skaviş, 13. Zolotov, 14. Yablonski, 20. Antilevski
Ehtiyat oyunçular: 1. Çiçkan, 16. Vasilyuşek, 7. Şevçenko, 8. Zayats, 10. Qreçixo, 15. Yuzepçuk, 17. Solovey, 18. Sedko, 19. Podstrelov, 21. Klimoviç, 22. Neçayev, 23. Şevçenko
Azərbaycan: 1. Emil Balayev, 18. Anton Krivotsyuk, 4. Höccət Haqverdi, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 21. Toral Bayramov, 7. Namik Ələskərov, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 14. Şəhriyar Əliyev, 16. Elvin Camalov, 17. Elvin Cəfərquliyev, 19. Anatoliy Nuriyev, 20. İsmayıl İbrahimli, 22. Rüstəm Əhmədzadə



Tehsil-press.az


Oxşar xəbərlər