Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir

Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilir.

Təhsil-press.az-ın məlumatına görə, bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçiriləcək. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək.
Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.

Millimizin heyəti:
Adı, soyadı Klub
Məqsəd İsayev
Neftçi
Ruslan Abışov
Neftçi
Rahil Məmmədov
Neftçi
Fəhmin Muradbəyli
Neftçi
Mirabdulla Abbasov
Sumqayıt
Yusif Nəbiyev
Sumqayıt
Tərlan Əhmədli
Sumqayıt
Azər Salahlı
Sumqayıt
Şahrudin Maqomedaliyev
Qarabağ
Elşən Abdullayev
Qarabağ
Mahir Mədətov
Qarabağ
Coşqun Diniyev
Qarabağ
Ağabala Ramazanov
Qarabağ
Rəşad Sadiqov
Qəbələ
Tellur Mütəllimov
Qəbələ
Elvin Camalov
Qəbələ
Vüqar Mustafayev
Zirə
Adil Nağıyev
Zirə
Sadiq Quliyev
Zirə
Azad Kərimov
Kəpəz
Orxan Əliyev
Kəpəz
Emil Balayev
Səbail
Elnur Cəfərov
Duqopolye (Xorvatiya)

GÜNÜN TƏQVİMİ:
10:30 - 12:30 Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı - Mərakeş
12:30 - 14:30 Qrup oyunu B1 (Əlcəzair - Türkiyə)
16:30 - 18:30 Qrup oyunu B2 (Fələstin - Oman)
18:30 - 20:30 Qrup oyunu A2 (Azərbaycan - Kamerun)
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları 8-22 may tarixində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla 20 idman növü üzrə keçiriləcək.

Təhsil-press.az

Oxşar xəbərlər