Sosial mediada yayılan səhnə izləyicilərin qəzəbinə səbəb olub və bir çox izləyici seriala baxmağı dayandıracağını bildirib.
Serialın son bölümündə Lizge Cömertin canlandırdığı Aslı obrazına qarşı yönələn səhnə dramatik aspektdən kənar və narahatedici hesab edilib. Kerem Bürsin, Deniz Çakır, Lizge Cömert, Sibel Taşçıoğlu, Şerif Sezer və Pınar Çağlar Gençtürkün rol aldığı bölüm emosional və gərgin anlarla izləyicilərin diqqətini çəkib.
Lizge Cömertin Aslı obrazına qarşı yönələn cinsi təcavüz səhnəsi yayımlandıqdan sonra sosial mediada trend mövzusuna çevrilib.
İzləyicilər səhnənin həddindən artıq iyrənc olduğunu bildirərək serialın istehsalını sərt tənqid ediblər. X platformasında (əvvəlki Twitter) çoxsaylı istifadəçi serialın ssenarisinin istiqamətini dəyişdiyini və bu səhnələrin hekayəyə zərər verdiyini qeyd edib.
Tehsil-press.az









