13 yaşlı autizmli 8-ci sinif şagirdi məktəb direktoru müdaxiləsindən sonra pilləkənlərdən yıxılaraq xəsarət alıb.
Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb.
Məlumata görə, hadisə 5 noyabrda baş verib. Yaralanan şagird evə gələrək ailəsinə baş verənləri danışıb. Ailə uşağı xəstəxanaya aparıb və müalicə başa çatdıqdan sonra təhlükəsizlik kamerasının görüntüləri ilə birlikdə jandarmaya müraciət edərək məktəb direktoru haqqında şikayət ərizəsi verib.
Hadisə ilə bağlı istintaq başlanıb və direktor vəzifəsindən kənarlaşdırılıb.
Tehsil-press.az









