Aslı Enver hələ də şokdadır

Aslı Enver hələ də şokdadır Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Murad Bozla aktrisa sevgilisi Aslı Enver ayrılıb. “Hürriyet” qəzeti cütlüyün münasibətlərinə son qoyması barədə bəzi məqamları ortaya çıxarıb.
Bildirilir ki, ayrılan Aslı yox, qarşı tərəf olub. M. Boz sevgilisinə səbəb göstərmədən münasibəti bitirmək istədiyini deyib.
Hər şeyin qaydasına olduğunu dilə gətirən Aslı Muradın bu istəyindən sonra şoka düşüb və yaşadıqları evi tərk etmək qərarına gəlib.
Cütlüyün yaxınları qeyd edir ki, aktrisa ayrılıqdan sonra çətin günlər yaşayır.
Xatırladaq ki, cütlük 2016-cı ildə sevgili olmuş, 2017-ci ilin mayında ayrılmış və iki ay sonra yenidən barışmışdılar.

Tehsil-press.az

Oxşar xəbərlər