136 kişiyə təcavüz edən homoseksuala bu CƏZA VERİLDİ

136 kişiyə təcavüz edən homoseksuala bu CƏZA VERİLDİ Evinə dəvət etdiyi 136 kişiyə yuxu dərmanı verib, onlara təcavüz edən ingiltərəli Reynhard Sinaqa məhkəmə qarşısına çıxarılıb.
Reynhard Sinaqa 36 yaşlı doktorantura tələbəsi olub, 159 nəfəri cinsi istismar etməkdə günahlandırılır. Belə ki, Sinaga axşam saatlarında klub və barlardakı kişiləri evinə dəvət edərək, onlara yuxu dərmanı verib və yuxuya getdikdən sonra təcavüz edib. Üstəlik həmin anları da viodeoya çəkib. İngiltərədə onlarla insana təcavüz edən İndoneziya vətəndaşı ömürlük həbs cəzasına məhkum edilib. Təcavüzçü yaxınları tərəfindən sakit biri olaraq tanınırmış. Onu həbs edən polis haqqında ''İngiltərə tarixinin gördüyü ən qorxunc təcavüzçü'' ifadəsini işlədib. O ''Canavar Malikanəsi'' adlanan ağır rejimli cəzaçəkmə həbsxanasında ən qorxunc qatillərlə birlikdə cəza çəkəcək. Adı açıqlanmayan 18 yaşlı gənc məhkəmədə şahidlik edərək təcavüzçü Sinaqanın əlindən necə xilas olmasından danışıb. O gözlərini açanda Sinaqanın yatağında yarı çılpaq olduğunu və cinsi istismara məruz qaldığını görüb. Özünə gələn gənc Sinaqanı döyməyə başlayıb. Döyülən təcavüzçünün isə beyninə qan sızaraq xəstəxanaya yerləşdirilib. Məhz bundan sonra Sinaqanın telefonunda lentə aldığı təcavüz videoları ortaya çıxıb. Hazırda həbsdə olan Sinaqanın heç vaxt apellyasiya məhkəməsinə müraciət edə bilməyəcəyi də açıqlanıb.

Tehsil-press.az

Oxşar xəbərlər