Əməkdar artist Milli Onkologiya Mərkəzinə yerləşdirilib
"Atam Milli Onkologiya Mərkəzinə köçürülüb, boğazındakı şişlər beyinə gedən damarı sıxdığına görə qan beyinə laxta formasında gedir. Beyninə qan sızıb. Sağa-sola baxır, bədəni hərəkətsizdir, üz mimikası da yoxdur".
Bunu açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.
O bildirib ki, Yadigar Muradovun vəziyyəti ağırdır:
"Bu vəziyyətdə də həkimlər əməliyyat edə bilmirlər. Təkcə ürəyi işləyir, başqa heç nə".
Tehsil-press.az
- Baxış: 144
Xəbərin tarixi: 15.11.2025 / 18:12
-
Oxşar xəbərlər