82 mərtəbədən ibarət nəhəng kompleksdə 1004 otaq, həmçinin Asiya, Aralıq dənizi və ev üslublu yeməklər təqdim edən bir neçə restoran fəaliyyət göstərir.
Yeni otel bununla da əvvəlki rekordsahibini – hündürlüyü 365 metr olan başqa bir Dubay otelini geridə qoyub. Dünyaca məşhur, yelkən formasındakı Burj Al Arab da siyahıda yer alır: onun ümumi hündürlüyü, o cümlədən şpili 321 metrdir.
Mütəxəssislər bildirirlər ki, Dubay yenə də dünyanın ən hündür otellərinin paytaxtı olaraq qalır – hazırda dünyanın fəaliyyət göstərən ən yüksək 10 otelinin 8-i məhz bu əmirlikdə yerləşir.
Tehsil-press.az







