Rusiya silahlı qüvvələrinin minatəmizləyənləri İŞİD terror qruplaşmasının Suriyada 12 min döyüş sursatının saxlanıldığı silah anbarının yerini müəyyənləşdiriblər.
Tehsil-press.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, kəşfiyyat qrupu Tadmor şəhəri yaxınlığında terror qruplaşmasının yaxşı masakalanmış və mühafizə edilmiş silah anbarını tapıblar. Anbarda 12 min döyüş sursatı, o cümlədən müxtəlif minalar, artilleriya qurğuları saxlanılır.
Silah arsenalı zərərsizləşdirilib. Rusiya istehkamçıları onu sonradan ləğv etmək üçün təhlükəsiz yerə çıxarmağa hazırlaşırlar.
tehsil-press.az