Azərbaycan prezidenti Almaniya Bundestaqının iyunun 2-də qəbul etdiyi “erməni soyqırımının” tanınması qətnaməsinə görə bu ölkəyə səfər proqramında dəyişiklik edib.
Tehsil-press.az xəbər verir ki, Azərbaycan prezidenti səfər zamanı Bundestaqda da görüşlər keçirməliydi. Lakin İlham Əliyev bu qətnamənin qəbuluna etiraz olaraq Bundestaqdakı görüşlərini proqramdan çıxarıb. Məlumatı TRT Avaz yayıb.
Azərbaycan prezidenti habelə Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclasını da təxirə salıb. Xatırladaq ki, Azərbaycan prezidenti iyunun 6-da Almaniyaya səfər edib. Orada bir sıra işgüzar görüşlər keçirib və kansler Angela Merkellə görüşüb.
Tehsil-press.az