Professor Səyyarə İbadullayeva “Türk Dünyası Aydınları” ensiklopedik nəşrində yer alıb

Professor Səyyarə İbadullayeva “Türk Dünyası Aydınları” ensiklopedik nəşrində yer alıb Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının nəşr etdiyi "Türk Dünyası Aydınları”adlı geniş ensiklopedik dərgidə Azərbaycanın tanınmış alimlərindən olan ETN Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayevanın bioqrafiyası dərc edilib. “Türk Dünyası Aydınları” ensiklopediyası Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının 16 mart 2025-ci il tarixli qərarı ilə nəşr edilib. Kitabın redaktoru professor Dr. Nail Tan, tərtibatçıları professor Dr. Elçin İsgəndərzadə, Şükufə Əhmədli Davudova və professor Dr. Hayrettin İvgindir.

Türk dünyasının görkəmli simalarını bir araya gətirən dərgidə S.İbadullayeva haqqında məlumatın yer alması, onun elmi-ictimai fəaliyyətinin və Türk dünyası mədəni irsinə verdiyi töhfələrin yüksək qiymətləndirildiyini göstərir. Qeyd edək ki, professor 2021-ci ildən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə də təltif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər