Azərbaycan Dillər Universitetinin İngilis dilinin fonetikası kafedrasının müdiri professor Fərman Zeynalov haqqında Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən dörd dildə - Azərbaycan, rus, türk, ingilis dillərində kitab nəşr olunub.
Yeni nəşr professor Fərman Zeynalovun həyatı, pedaqoji fəaliyyəti, dilçilik və ədəbi-bədii yaradıcılığından bəhs edir. Nəşrdə, həmçinin bir çox görkəmli elm xadimlərinin Fərman Zeynalov haqqında fikirləri öz əksini tapıb.
Kitabı nəşrə professor Elçin İsgəndərzadə və Şükufə Əhmədli hazırlayıblar. Kitabın redaktoru Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Ankara rəhbəri professor Hayrettin İvgindir.
Qeyd edək ki, Fərman Zeynalov 8 kitabın, iki monoqrafiyanın, 150-dən çox elmi-metodik əsərin və proqramın müəllifidir. Onun dilə yeni rakursda yanaşmasının özəllikləri respublika və xarici mətbuatda öz əksini tapıb.
Tehsil-press.az