Azərbaycan Dillər Universitetində (ADU) “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu” nəzərə alınaraq ADU-nun 8 iyun 2016-cı il tarixli “Elmi şura”sının qərarına əsasən universitetdə İctimai Nəzarət Şurası yaradıldı.
İctimai Nəzarət Şurası təhsil müəssisəsində ictimai iştirakçılıq və nəzarətin daha da gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, fəaliyyəti səmərəli davam etdirmək, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaratmaq və təkliflərin verilməsi məqsədi ilə yaradılıb.

ADU-nun Mətbuat Xidməti