Mayın 25-də Azərbaycan Dillər Universitetində (ADU) General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq universitetin İctimaiyyətlə əlaqələr Departamentinin təşkilatçılığı ilə “Səməd bəy Mehmandarov – mərdlik və şücaət nümunəsi” adlı dəyirmi masa keçirildi.
Dəyirmi masanın əhəmiyyətindən danışan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirdi. Daha sonra prorektor hərb sahəsində ad qoymuş bir çox qəhrəmanlarımızın olduğunu bildirərək, ölkə prezidenti İlham Əliyevin görkəmli şəxsiyyətlərimizin xatirəsinə xüsusi qayğı ilə yanaşaraq onların yubileylərinin qeyd edilməsi məqsədi ilə sərəncamlar imzaladığını diqqətə çatdırdı. O, bugünkü tədbirin də unikal şəxsiyyət olan General Səməd bəy Mehmandarovun qəhrəmanlıqlarına həsr edildiyini söylədi. Səməd bəy Mehmandarovun həyat və fəaliyyətinin yaxından oyrənilməsinin, onu tanımağın, xalq, millət, vətən qarşısındakı xidmətlərinə görə Generalı uca tutmağın vacibliyindən danışan prorektor iştirakçılara belə qəhrəman həmvətənlərimizi daim xatırlamağı tövsiyə etdi. Müharibə şəraitində yaşayan bir xalq kimi dəyirmi masanı maarifləndirmə baxımından zamanında atılan vacib addım adlandıran Ələddin Əliyev görüşün təşkil edilməsində əməyi keçən və dəvəti qəbul edərək tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi.
Azərbaycan hərb tarixini tədqiq edən alim Şəmistan Nəzərli General Səməd bəy Mehmandarovun döyüş qabiliyyətini, şücaətini, hərb sahəsindəki uğurlu siyasətini yüksək qiymətləndirdi, vətən qarşısında əvəzolunmaz xidmətlərini sadalayaraq onu unutmağın mümkünsüzlüyündən bəhs etdi. O, 53 il hərbi xidmətdə olan və 4 müharibədə iştirak edən Generalın harada döyüşməsindən asılı olmayaraq düşmənə aman verməyərək qalib gəldiyini
nəzərə çatdırdı. Səməd bəy Mehmandarovun I Dünya Müharibəsində 52 minlik orduya rəhbərlik etdiyini diqqətə çatdıran Ş. Nəzərli onun Port Arturda göstərdiyi şücaətə görə General rütbəsinə layiq görüldüyünü sözlərinə əlavə etdi. Onun ən böyük xidmətinin əlahiddə müsəlman korpusunun yaradılması olduğunu vurğulayan tədqiqatçı görkəmli şəxsiyyətin xatirəsinin əbədiləşdirilməsinin və daim xatırlanmasının vacibliyini ön plana çəkdi. Şəmistan Nəzərli hərb tarixi ilə bağlı araşdırmalar apararkən rastlaşdığı, eyni zamanda heç yerdə səslənməyən maraqlı və önəmli xatirələrini də iştirakçılarla bölüşdü.
Dəyirmi masada Departamentdə pedaqoji təcrübədə olan Filologiya və Jurnalistika fakültəsinin tələbəsi Aynur Atakişiyeva Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyətindən bəhs edən təqdimatla çıxış etdi.
Daha sonra generalın hərbi fəaliyyəti dövründə göstərdiyi şücaət və mərdliklərin nümayiş olunduğu sənədli film izlənildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, professor Firdovsiyə Əhmədova General Səməd bəy Mehmandarov haqqında ətraflı məlumat verdi, onun şəxsiyyəti, mənəvi aləmi, ictimai baxımdan fəallığı, həmçinin milli hərbi kadrları yetişdirmə siyasətindən danışdı. O, Sovetlər dönəmində müsəlmanların sıxışdırıldığı bir cəmiyyətdə Səməd bəy Mehmandarovun hakimiyyət tərəfindən qiymətləndirilərək böyük hərbi rütbələrə layiq görülməsini Generalın yüksək fərdi keyfiyyətlərə malik olmasının bariz nümunəsi kimi qələmə verdi. Səməd bəy Mehmandarovu ictimai baxımdan İstiqlal Generalı adlandıran professor Firdovsiyə Əhmədova onun 1918-ci il 25 dekabr tarixli çıxışından sitatlar gətirərək bu nitqin bizim üçün örnək ola biləcəyini diqqətə çatdırdı. Xalqımızın tarixində öz fəaliyyətləri ilə iz qoyan görkəmli şəxslərin adının daim yaşamasının vacibliyini qeyd edən Firdovsiyə Əhmədova bu baxımdan tədbirin təşkil edilməsini yüksək qiymətləndirdi.

ADU-nun Mətbuat Şöbəsi