Dillər Universitetinin tələbəsinin təşkilatçılığı ilə Çində elmi seminar keçirilib

Dillər Universitetinin tələbəsinin təşkilatçılığı ilə Çində elmi seminar keçirilib Bu yaxınlarda Çinin Uxan Universitetində təhsil alan ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimovanın təşkilatçılığı ilə Çin Xalq Respublikasının (ÇXR) Xubey əyalətinin Syantao şəhərində “Çin Konsepsiyasının həyata keçirilməsində Azərbaycanın rolu-bir qurşaq bir yol” mövzusunda tələbə elmi seminarı keçirilib.
ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasovdan aldığımız məlumata görə Dillər Universitetinin tələbələri Çinin aparıcı ali təhsil müəssisələrində uğurla təhsil almaqla yanaşı, Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə kimi Azərbaycanın müasir həyatı haqqında həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq məqsədi ilə davamlı şəkildə ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunmuş tədbirlər təşkil edərək ictimai fəallıq göstərirlər.
20-23 may tarixlərində Syantao şəhərində yerləşən kolleclərdə Beynəlxalq əlaqələr və siyasi elmlər üzrə ixtisaslaşan 700 nəfərə yaxın tələbənin iştirak etdiyi seminar çərçivəsində Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Azərbaycan Dillər Universitetinin Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan, Çin və Azərbaycan dillərində nəşr edilmiş “İlham Əliyev-iki qədim xalqlar dostluğunun müasir davamçısı (2003-2013 illər.)” adlı kitabın təqdimatı da keçirilib.

ADU-nun Mətbuat Şöbəsi


Dillər Universitetinin tələbəsinin təşkilatçılığı ilə Çində elmi seminar keçirilib

Oxşar xəbərlər