Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə virtual ekskursiya

Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə virtual ekskursiya Milli Azərbaycan Tarixi Muzeyində “Elmi macəralar saatı” layihəsi çərçivəsində “Uşaqlar gələcəyimizdir!” platforması nəzdində Azərbaycanın bütün bölgələrindən olan məktəblilər üçün Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinə virtual ekskursiya təşkil edilib.
Layihənin məqsədi uşaq və yeniyetmələrin mədəni asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərməkdir. Uşaqları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir.
Ekskursiya platformanın rəhbəri, İstanbul Universitetinin doktorantı Sənan Əzimovun təşəbbüsü ilə həyata keçirilib.
Layihənin müəllifi və təşkilatçısı, muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı muzeyin tarixi, yerləşdiyi tarixi bina, strukturu, ekspozisiyası, fondları haqqında ətraflı məlumat verib, gənc nəslə milli irsimizin təbliği və sevdirilməsi mövzusunda danışıb.
Sonra Elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşı Xədicə Hüseynovanın təqdimatında “Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi”nə virtual ekskursiya keçirilib.

Tehsil-press.az


Oxşar xəbərlər