BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda ekskursiyada

BDU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda ekskursiyada Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının Ekologiya və torpaqşünaslıq və Coğrafiya fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna ekskursiya təşkil olunub.

Ekskursiya zamanı institutun elmi işlər üzrə katibi Afaq Rəcəbli tələbələrə müəssisənin fəaliyyəti, əsas tədqiqat istiqamətləri və elmi nailiyyətləri barədə ətraflı məlumat verib.

Tələbələr institutun müxtəlif şöbə və laboratoriyalarında aparılan elmi-tədqiqat prosesləri ilə yaxından tanış olublar.

Ekskursiyanın sonunda iştirakçılar İstixana tərəvəzçilik şöbəsinin istixanasına baxış keçiriblər. Burada tələbələrə institut alimləri tərəfindən yaradılan yeni pomidor və xiyar sortları təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər