UniClaD layihəsi çərçivəsində Litvanın klaster təcrübəsi öyrənilir

UniClaD layihəsi çərçivəsində Litvanın klaster təcrübəsi öyrənilir Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti Litvada səfərdə olub.
“Erasmus+ KA2” proqramının “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) layihəsi çərçivəsində reallaşan səfər layihənin koordinatoru Kaunas Tətbiqi Elmlər Universiteti tərəfindən təşkil edilib.
İştirakçılar səfər çərçivəsində Litvanın klaster təcrübəsi ilə bağlı müzakirələrdə iştirak ediblər.
Daha sonra nümayəndələr Litvanın Kənd Təsərrüfatı və Meşəçilik Tədqiqat Mərkəzi, “AQRO Konsern Qrup”, Vytautas Magnus Universitetinin Kənd Təsərrüfatı Akademiyası və Kaunas Tətbiqi Elmlər Universitetində görülən işlərlə tanış olublar.

Tehsil-press.az




Oxşar xəbərlər