Muzey: “Erməni vandalizminin iç üzü” fotosərgisinə ekskursiya təşkil edilib

Muzey: “Erməni vandalizminin iç üzü” fotosərgisinə ekskursiya təşkil edilib AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Sahibə Ələkbərova rəhbərlik etdiyi “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun yeni üzvləri üçün “Erməni vandalizminin iç üzü” adlı daimi fotosərgiyə ekskursiya təşkil edib.
Ekskursiya “Muzeylərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində keçirilib. Bakı şəhəri, Nəsimi rayonunda təşkil olunan fotosərgi 2013-cü ildə Qarabağ qazisi Əlövsət Qasımov tərəfindən yaradılıb.
Ə.Qasımov gənc muzeyşünaslarda fotosərgidə nümayiş olunan şəhid fotoları haqqında məlumat verib. S.Ələkbərova fotosərginin gənc nəslin vətənpərvərlik ruhda tərbiyə edilməsində mühüm rolunu vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər