Ağalar Vəliyev şəhid, qazi, aztəminatlı ailələrə bayram sovqatı GÖNDƏRDİ

Ağalar Vəliyev şəhid, qazi, aztəminatlı ailələrə bayram sovqatı GÖNDƏRDİ Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni - 2026-cı il münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid, qazi ailələrinə təbrik ünvanlayıb və onlara ən xoş arzularını çatdırıb.

Artıq beşinci ildir ki, xalqımız bu bayramları son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan şanlı Zəfərimizin doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, müasir həyatımızın bütün sahələrində yüksək nailiyyətlər əldə edib.

Müstəqilliyinin ən qüdrətli dövrünə qədəm qoyan ölkəmiz qalib dövlət kimi tarixi Zəfərimizdən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərin müəyyənləşdiyi əlamətdar dönəmini yaşayır.

Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün də qətiyyətlə inanır ki, keyfiyyətcə yeni strateji mərhələdə dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti ölkəmizin qüdrətinin daha da artmasına möhkəm zəmin yaradacaq.

Deputatın ofisindən daxil olan məlumata əsasən, Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə bayramlar münasibətilə Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər, Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər