Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 27 Sentyabr – Anım Günü münasibətilə dəyirmi masa keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin ali təhsil müəssisəsindəki abidəsinin önünə gül dəstələri qoyulub, Azərbaycanın müstəqilliyinin və tarixi Zəfərimizin memarı olan dahi insanın xatirəsi ehtiramla anılıb. Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən rektor professor Cəfər Cəfərov bildirib ki, iki il öncə sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni silahlı qüvvələrinin bütün cəbhəboyu başlayan geniş təxribatlarına qarşı qətiyyətli əks-hücum əməliyyatına başladı və 44 gün ərzində bütün torpaqlarımızı işğaldan azad edərək dünya hərb tarixinə silinməz Zəfər tarixi yazdı.
“Bu haqq savaşında 2900-dən çox qəhrəman övladımız şəhid oldu ki, onlar arasında Pedaqoji Universitetin də 13 tələbə-məzunu var. Həmçinin cari ilin sentyabrında Ermənistanın növbəti genişmiqyaslı təxribatlarının qarşısı alınarkən şəhid olmuş 80 hərbi qulluqçumuz arasında ADPU-nun Ağcabədi filialında təhsil almış Namiq Məmmədli də var. Universitet olaraq, şəhidlərimiz, qazi tələbələrimiz və məzunlarımız, şəhid və qazi övladı olan tələbələrimiz daim diqqətimizdədir. Bu ehtiramın göstəricisi kimi “Pedaqoji Universitetin qəhrəmanları” adlı ensiklopedik toplu hazırlanaraq nəşr edilib”, – deyən professor C.Cəfərov şəhid qanları ilə azad edilən ölkəmiz üçün peşəkar mütəxəssislərin hazırlanması yolunda ADPU-nun da durmadan çalışdığını vurğulayıb.
Daha sonra ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Mübariz Ağalarlı Zəfər tariximizlə bağlı məruzə edib, magistrant İsmayıl Nəsirov isə Pedaqoji Universitet tələbələrinin Vətən müharibəsi dövründəki informasiya mübarizəsindən söz açıb.
Qazi tələbələrdən Cavid Abdinov, tələbə valideynlərindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Vətən müharibəsi iştirakçısı polkovnik-leytenant Taleh Əliyev də öz təəssüratlarını bölüşüb, döyüş yollarından danışıblar.
Professor Əli Zalov və baş müəllim Əsmət Teymurova Vətən müharibəsinin misilsiz tarixi Zəfər olduğunu qeyd ediblər.
Tehsil-press.az