“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində

“Gənc istedadlar” liseyinin şagirdləri ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 4 şagirdi ənənəvi olaraq hər il ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edir.
Liseyin “Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibləri olan şagirdləri - Misir Hüseynli və Ayşan Hacıyeva fizika və astronomiya, Ayaz Ömərli və Ömər İbrahimov mayın 13-dən 19-dək ABŞ-ın Texas ştatının Dallas şəhərində ISEF-də öz layihələrini təqdim edəcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər