BDU-da “Gənc istedadlar” liseyinin bir qrup şagirdi ilə görüş keçirilib

BDU-da “Gənc istedadlar” liseyinin bir qrup şagirdi ilə görüş keçirilib Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin uğurları ilə seçilən bir qrup şagirdi ilə görüşüb.
Görüşdə E.Babayev son illər “Gənc istedadlar” liseyində tədrisin yüksək səviyyədə təşkili ilə bağlı görülən işlərdən bəhs edib, bunun nəticəsində şagirdlərin beynəlxalq və yerli olimpiadalarda uğurlarının ildən-ilə artdığını vurğulayıb.
Rektor liseyin builki məzunları – 56-cı Beynəlxalq Mendeleyev Olimpiadasının qalibi Nəriman Şirinli və 5-ci Avropa Fizika Olimpiadasının qalibi Rəfsan Həbibullayevi digər şagirdlərə nümunə göstərib, məktəblilərə təhsillərində uğurlar arzulayıb.
Sonra rektor şagirdlərə hədiyyələr təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər