“Gənc istedadlar” liseyinin şagirdləri SIMOC olimpiadasının qalibi olublar

“Gənc istedadlar” liseyinin şagirdləri SIMOC olimpiadasının qalibi olublar Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qalibləri bu il Sinqapurda keçirilən SIMOC (Singapore international math olympiad challenge) olimpiadasında iştirak ediblər.
ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan və digər ölkələrdən ümumilikdə 1633 məktəblinin iştirak etdiyi SIMOC olimpiadasında Azərbaycandan 129 şagird təmsil olunub.
SIMOC olimpiadasında BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin V sinif şagirdi Fateh Kərimli məntiq üzrə qızıl, VIII sinif şagirdi Cabir Abbasov gümüş medala layiq görülüb.

Tehsil-press.az




Oxşar xəbərlər