BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri beynəlxalq olimpiadada uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri beynəlxalq olimpiadada uğur qazanıblar İyulun 10-dan 18-dək Çində 54-cü Beynəlxalq Kimya Olimpiadası (onlayn) keçirilib. Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Nəriman Şirinli olimpiadada gümüş medal qazanıb.
Azərbaycanın daha 3 məktəblisi isə olimpiadanın bürünc medalına sahib olub.
Həmin tarixlərdə İsveçrədə Beynəlxalq Fizika Olimpiadası (onlayn) təşkil edilib. Azərbaycan məktəbliləri olimpiadada uğurla çıxış edərək 2 bürünc və 1 həvəsləndirici mükafat qazanıblar. “Gənc istedadlar" liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev olimpiadanın həvəsləndirici mükafatını əldə edib.

Tehsil-press.az



Oxşar xəbərlər